SİYASƏT
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 11 aprel, AZƏRTAC
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.