ELM VƏ TƏHSİL


Rusiya Federasiyası təqaüd proqramı elan edib

Bakı, 6 yanvar, AZƏRTAC

Rusiya Federasiyası 2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüdlə bağlı yanvarın 9-dək müraciət etmək olar.

Müraciət üçün namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır. Qeydiyyat başa çatdıqdan sonra birinci mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcək. Birinci mərhələdən uğurla keçənlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq.

Ali təhsil müəssisələri, universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф, www.russia-edu.ru internet səhifələrində tanış olmaq mümkündür.

Əlaqə vasitələri: riccabiturient@yandex.ru , iş günləri, saat: 11.00-dan 13.00-dək tel:+994124964500 (Ponomaryova Yuliya Valeryevna), russia.admissions@edu.gov.az 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.