CƏMİYYƏT
Rusiya Neft və Qaz Universitetinin Azərbaycan klubunda jurnalistlə görüş keçirilib
Moskva, 22 oktyabr, AZƏRTAC
İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Azərbaycan klubu Rusiya Azərbaycanlı Gənclər Birliyinin intellektual klubu ilə birlikdə TASS İnformasiya Agentliyinin diplomatik infrastrukturlarla iş şöbəsinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert, tanınmış jurnalist Səadət Qədirova ilə acıq dialoq formatında görüş keçirib.
“Gənclərin aktual problemləri və onların həlli yolları” adlı görüşdə çıxış edən S.Qədirova jurnalistika sahəsində uzun illər qazandığı təcrübəni gənclərlə bölüşmək üçün yaradılan imkana görə universitetin Azərbaycan klubuna təşəkkür edib. O, işlədiyi dövrdə nüfuzlu və məşhur simalarla maraqlı müsahibələrindən, informasiya yaradıcılığı sahəsində mühüm məqamlardan söz açıb, gənclərlə fikir mübadiləsi aparıb. Səadət Qədirova xaricdə təhsil alan azərbaycanlı tələbələrə daim ölkəmizi, onun tarixini və mədəniyyətini tanıtmağı tövsiyə edib.
Sonda tanınmış jurnalist gəncləri maraqlandıran suallara cavab verib.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva