DÜNYA


Rusiya Prezidenti dövlətlərarası axtarışa verilmiş təqsirləndirilən şəxslərin qiyabi həbs edilməsi barədə qanunu imzalayıb

Moskva, 7 mart, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin yeni qanun imzalayıb. Bu qanun dövlətlərarası axtarışa verilmiş təqsirləndirilən şəxslərin qiyabi həbs edilməsi barədə məhkəmə hökmü çıxarmağa imkan verəcək.

AZƏRTAC xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, təqsirləndirilən şəxsin özü iştirak etmədən onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının qəbul edilməsinə yalnız həmin şəxs beynəlxalq axtarışda olduğu halda icazə verilir. İmzalanmış yeni qanun təqsirləndirilən şəxsin nəinki beynəlxalq, hətta dövlətlərarası axtarışda olduğu halda da, onun iştirakı olmadan barəsində bu cür qərar qəbul etməyə imkan verir.

Sənəd şəxslərin dövlətlərarası axtarışı barədə MDB iştirakçısı olan ölkələrin 10 dekabr 2010-cu il tarixli müqaviləsinin reallaşdırılmasına yönəlib.

 

Fəridə Abdullayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.