SİYASƏT


Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib

Moskva, 13 iyul, AZƏRTAC 

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, xarici siyasət idarəsinin bəyanatında RF XİN-in iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə etdiyi qeyd olunur. “Daxil olan məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Ölənlər və yaralananlar var. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk. Eskalasiyanın davam edərək regionun təhlükəsizliyinə təhdid yaratmasını yolverilməz hesab edirik. Qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşdirilməsi üçün öz tərəfindən zəruri köməkliyi göstərməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.