İDMAN


Rusiya klubu Türkiyə millisinin üzvü Yusuf Yazıcını heyətinə qatıb

Bakı, 19 yanvar, AZƏRTAC

Rusiyanın “CSKA Moskva” komandası Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcını transfer edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin futbolçusu “CSKA Moskva”nın yanvarın 20-dəki təlim-məşq toplanışına qatılacaq.

Rusiya Premyer Liqa klubu Türkiyə millisinin üzvünü bu mövsümün sonunadək icarəyə götürüb.

Rusiya mətbuatının məlumatına görə, bu icarə üçün Rusiya təmsilçisi Fransa klubuna ödəniş etməyəcək. Moskva təmsilçisi yay transfer pəncərəsində türkiyəli futbolçu üçün 12 milyon avro ödəyərək və birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, futbolçu cari mövsüm “Lill”in heyətində 22 matçda meydana çıxıb və heç bir məhsuldarlığı ilə yadda qalmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.