MƏDƏNİYYƏT


Rusiya kosmik fəzada ilk bədii filmini çəkəcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Bu gün kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və “Çağırış” filminin rejissoru Klim Şipenkonun iştirakı ilə “Soyuz MS-19” kosmik gəmisi Baykonur kosmodromundan havaya qalxıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Roskosmos”un yaydığı açıqlamada bildirilib.

Raketin kino çəkiliş qrupu ilə havaya buraxılması Moskva vaxtı ilə saat 11:55-də baş tutub. Doqquz dəqiqə yarımdan sonra “Soyuz MS-19” orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq.

Bildirilib ki, orbitə qaldırılan heyət ilk dəfə olaraq kosmosda bədii filmin çəkilişlərində iştirak edəcək. Sonra aktrisa və rejissor yaz aylarından orbitdə olan kosmonavt Oleq Novitskiy ilə “Soyuz MS-18” gəmisi ilə geriyə qayıdacaq.

Qeyd edək ki, işçi adı “Çağırış” olan bədii filmi “Roskosmos”, Rusiyanın “Birinci kanal”ı və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Çəkiləcək ekran əsəri bir kosmonavtın həyatını xilas etmək üçün heç vaxt kosmosda olmayan bir həkim qadın haqqındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.