SİYASƏT
Rusiya mətbuatı Azərbaycan Prezidentinin ölkəmizdəki xristian məbədləri ilə bağlı bəyanatını geniş işıqlandırıb
Moskva, 24 noyabr, AZƏRTAC
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdəki xristian məbədləri ilə bağlı bəyanatını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın aparıcı xəbər resursları Azərbaycanın nəzarətinə keçən ərazilərdə xristian məbədlərinin vəziyyətinə görə narahatlıq ifadə edən Qərb dövlətlərinin liderlərinə dövlətimizin başçısının sərt cavabına çəkib. Qeyd olunur ki, Azərbaycan lideri ölkədə bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, hazırda iki pravoslav kilsəsinin təmir edildiyini, Qafqaz Albaniyası kilsələrinin respublikanın milli sərvəti olduğunu, gürcü və erməni kilsələrinin qorunub saxlandığını bəyan edib.
Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Ağdamın azad edilməsi ilə bağlı nəzərdə tutulan döyüş əməliyyatları barədə dedikləri də Rusiya KİV-lərinin marağına səbəb olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva