DÜNYA


Rusiya ordusunu Belarusa Aleksandr Lukaşenko özü dəvət edib

Rusiya ordusunu Belarusa Aleksandr Lukaşenko özü dəvət edib

Bakı, 31 mart, AZƏRTAC

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ordusunun ölkəsində onun təşəbbüsü ilə yerləşdiyini deyib.

AZƏRTAC xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Belarus xalqına və parlamentə müraciətində deyib.

“Vladimir Putin Belarusu işğal edib deyərək, insanları qorxutmaq lazım deyil. Belarus ərazisində yerləşən bu qoşunları mən idarə edirəm. Mən onları bura təlim keçmək, hazırlamaq və təchiz etmək və Allah eləməsin, lazım gələrsə, birgə fəaliyyətə öyrətmək üçün gətirmişəm”, - deyə Belarus Prezidenti bildirib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, ötən ilin payızından bəri Rusiya Silahlı Qüvvələri Belarus poliqonlarında rotasiya əsasında yerləşib. Hərbçilər döyüş hazırlığı ilə məşğul olur. Onlar ümumi müdafiə sahəsinin qorunması üzrə birgə fəaliyyətə hazır vəziyyətdədir. Rusiya ordusunun hissələri 500 belaruslu zabit ilə birgə təlim keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.