Rusiya və Türkiyə prezidentləri Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər
AzerTAg.az

Moskva, 16 yanvar, AZƏRTAC
Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişafı, o cümlədən energetika sahəsində əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Rusiya və Ukrayna ombudsmanlarının Ankara görüşündən sonra əsir və yaralıların mübadiləsi, ötən il imzalanan İstanbul müqaviləsinin reallaşdırılması, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında fikir mübadiləsi aparıblar. Prezidentlər Suriya münaqişəsinin Astana prosesi çərçivəsində nizama salınmasının əhəmiyyətini vurğulayıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var