DÜNYA
Rusiya vergilərə dair informasiyaları Türkiyə ilə paylaşacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Rusiyanın Federal Vergi Xidməti (FVX) vergilərə dair məlumatların avtomatik şəkildə qarşılıqlı mübadilə edildiyi ölkələrin siyahısına Türkiyəni də daxil etmək üçün hazırlıq görür.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, FVX tərəfindən hazırlanan və mövcud qanunvericilikdə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinə əsasən, vergilərə dair məlumatları Rusiya ilə avtomatik mübadilə edən ölkələrin siyahısı yenilənəcək. Layihədə bu siyahıya Türkiyədən başqa Nigeriya da əlavə edilib.
Rusiya 2018-ci ildən xarici vergi orqanlarına vergiödəyiciləri haqqında ölkənin maliyyə qurumlarından alınan məlumatların çatdırılmasını təmin edir. Bunun qarşılığında FVX də Rusiya vətəndaşlarının xaricdəki hesabları haqqında məlumatları alır. Məlumat mübadiləsinin başlıca məqsədi isə beynəlxalq miqyasda vergidən yayınmanın qarşısının alınmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]