DÜNYA


Rusiyada baş vermiş ağır yol qəzası nəticəsində altı nəfər ölüb

Bakı, 29 dekabr, AZƏRTAC

Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalının Neftyuqansk rayonunda “Rosneft” şirkətinə məxsus avtobusun iki yük maşını və bir minik avtomobili ilə toqquşması nəticəsində baş vermiş yol qəzasında altı nəfər ölüb, 18 nəfər yaralanıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mahalın səhiyyə idarəsindən verilən məlumata görə, hadisə yerində 7 təcili yardım briqadası işləyir. Yaralıları Surqut, Neftyuqansk və Poykovski xəstəxanalarına çatdırıblar. Onlardan on ikisinin vəziyyəti ağırdır.

Qəzanın səbəbinin şaxtalı və fırtınalı hava şəraiti, həmçinin yolların buz bağlaması olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.