DÜNYA


Rusiyada binada partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb

Rusiyada binada partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb

Moskva, 8 fevral, AZƏRTAC

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, hadisə fevralın 7-də beşmərtəbəli binanın mənzillərindən birində qaz sızmasından sonra meydana gələn partlayış səbəbindən baş verib.

Hadisəyə səbəb olan qəza yaxınlıqdakı zavodda işləyən beş fəhlənin kirayə yaşadığı mənzildə qeydə alınıb. Xilasedicilər dağıntılar altında hələ də sakinlərin qaldığını ehtimal edirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.