DÜNYA


Rusiyada göyərtəsində 17 nəfər olan An-28 təyyarəsi radarlardan itib

Bakı, 16 iyul, AZƏRTAC

Rusiyanın Tomsk vilayətinin Bakçarsk rayonunda göyərtəsində 17 nəfər olan An-28 təyyarəsi ilə əlaqə kəsilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, FHN-in vilayət baş idarəsindən təyyarədə 14 sərnişin və üç heyət üzvünün olduğunu bildiriblər. İdarə yerli vaxtla saat 13-də (Bakı vaxtı ilə 14:00) Kedrovı-Tomsk marşrutu ilə uçan təyyarənin qəza mayakının işə düşdüyü barədə məlumat alıb.

Uçuşdan qabaq nasazlıq barədə informasiya daxil olmayıb.

An-28 təyyarəsi “Sibir yüngül aviasiya” ASC-yə məxsusdur. Aviakompaniya təyyarənin radarlardan itdiyini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.