DÜNYA


Rusiyada kömür mədənində partlayış baş verib

Moskva, 25 noyabr, AZƏRTAC

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” kömür mədənində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, hadisənin kömür tozunun yanması nəticəsində baş verdiyi ehtimal olunur. Qəza nəticəsində 1 nəfər həlak olub, 43 nəfər yaralanıb. Şaxtada olan 285 nəfərdən 236-sı təxliyə edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri həyata keçirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.