DÜNYA


Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər

Moskva, 3 avqust, AZƏRTAC

Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru mürəkkəbləşdirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib. O qeyd edib ki, əcnəbi vətəndaşlara işəgötürəndən təsdiq gəldiyi halda Rusiyada işləmək icazəsi verilməsi məsələsi müzakirə olunur. D.Medvedev ərəb ölkələrinin bu sahədə təcrübəsindən faydalanmağı təklif edib. Belə ki, bu ölkələrdə işə götürən tərəf əcnəbi vətəndaşa görə tam məsuliyyət daşıyır.

Pandemiya ilə əlaqədar Rusiyada miqrantların 40 faizinin işini itirdiyini qeyd edən Təhlükəsizlik Şurasının sədr müavini belə şəraitdə kriminal durumun pisləşməsi təhlükəsindən ehtiyat etdiyini vurğulayıb. Onun fikrincə, əmək müqaviləsində işəgötürənin miqrantın davranışına, həm də fors-major vəziyyətlərdə onun maddi durumuna görə məsuliyyət daşıması bəndi yer almalıdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.