DÜNYA


Rusiyada terror aktının qarşısı alınıb

Bakı, 13 aprel, AZƏRTAC

Rusiyanın Tümen vilayətində aparılan antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının iki tərəfdarı məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinə istinadən RİA Novosti məlumat yayıb.

Məlumata görə, onların terror aktı törətmək niyyəti olub. Terrorçular polisin əmrinə tabe olmayıblar və qanun keşikçilərinə atəş açıblar. Atışma nəticəsində silahlılar zərərsizləşdirilib.

Digər mənbələrdən verilən məlumata görə, şəhərdə atəş səsləri eşidilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələn jurnalistləri və şahidləri kamera ilə çəkiliş aparmağa qoymayıblar. Şahidlər bildirirlər ki, avtomatdan və daha böyük kalibrli silahlardan açılan atəş səsləri eşidiblər. Hadisə yerinə güc strukturlarının, hərbçilərin nümayəndələri və yanğınsöndürmə briqadaları cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.