DÜNYA


Rusiyada yeni “Udav” tapançasının kütləvi istehsalına başlanıb

Moskva, 11 aprel, AZƏRTAC

Rusiyada yeni “Udav” tapançasının kütləvi istehsalına başlanıb.

AZƏRTAC xəbər verir ki, “Rostex” korporasiyasının məlumatına görə, 9 millimetr kalibrli “Udav” tapançası kütləvi istehsala çıxarılıb.

Məlumata əsasən, tapançanın istehsalında kompozitlərdən istifadə olunması onun çəkisinin azaldılmasına və istismar xarakteristikasının yüksəldilməsinə imkan verib. Tapança 50 dərəcə şaxtadan 70 dərəcə istiyədək hava şəraitində istifadə oluna bilər. Silahın atəş məsafəsi 50 metr, sandığının tutumu 18 güllədir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.