Rusiyada yeni uşaq və gənclər təşkilatı yaradılır
AzerTAg.az
Moskva, 19 may, AZƏRTAC
Rusiyada yeni “Böyük tənəffüs” (“Bolşaya peremena”) uşaq və gənclər təşkilatı yaradılır.
AZƏRTAC xəbər verir ki, Dövlət Dumasının bütün siyasi partiyalarının nümayəndələri bu barədə qanun layihəsini imzalayıblar. Layihənin müəllifləri hərəkatın uşaq və gənclərlə bağlı dövlət siyasətinə dəstək vermək məqsədi daşıdığını bildirirlər.
Hərəkata 6 yaşından yuxarı uşaqlar, eləcə də ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları üzv ola biləcəklər. Rusiyanın bütün orta təhsil məktəblərində təşkilatın bölmələri fəaliyyət göstərəcək.
Qeyd edək ki, qanun layihəsi mayın 19-da - keçmiş SSRİ-də fəaliyyət göstərmiş pioner təşkilatının 100 illiyi günü parlamentə təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var