İDMAN


Rusiyalı hokkeyçi Aleksandr Oveçkin 9-cu dəfə “Moris Rişar Trofi” mükafatına layiq görülüb

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyalı hokkeyçi Aleksandr Oveçkin Milli Hokkey Liqasının (MHL) müntəzəm çempionatının nəticələrinə əsasən “Moris Rişar Trofi” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu mükafat mövsümün ən çox qol vuran oyunçusuna təqdim edilir. Belə ki, müntəzəm çempionat yarımçıq dayandırılanadək “Vaşinqton Kapitalz”ın oyunçusu A.Oveçkin və “Boston Bryuins”in hücumçusu David Pasternak 48 qol vurublar.

Rusiyalı xokkeyçi karyerasında 9-cu dəfə bu mükafata yiyələnib.

Qeyd edək ki, A.Oveçkin 2017/2018-ci il mövsümündə “Vaşinqton Kapitalz”la Stenli kubokunun qalibi olub. O, həmçinin Rusiya millisi ilə 3 dəfə dünya çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.