DÜNYA


Rusiyanın İsveçrənin Gürcüstandakı səfirliyi nəzdində fəaliyyət göstərən bölməsi bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib

Tbilisi, 15 noyabr, AZƏRTAC

Rusiyanın İsveçrənin Gürcüstandakı səfirliyi nəzdində fəaliyyət göstərən bölməsi bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, bölmə Tbilisidə səfərdə olan Rusiya vətəndaşlarına müraciət edərək, onları Gürcüstan müxalifətinin noyabrın 17-nə planlaşdırdığı mitinq və nümayişlərlə əlaqədar ehtiyatlı olmağa çağırır.

Bölmənin bəyanatında bildirilir ki, Gürcüstan müxalifəti mitinq və nümayişlərin daimi olacağını bildirir. Bununla əlaqədar paytaxtın bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bunları nəzərə alaraq bölmə Rusiya vətəndaşlarını insanların daha sıx toplaşdıqları, narazılıqlarını ifadə etdikləri yerlərdən uzaq dayanmağı, təhlükəsiz yerlərə üstünlük verməyi tövsiyə edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.