MƏDƏNİYYƏT
Rusiyanın “Satirikon” teatrı Bakıya qastrola gəlir
Bakı, 19 noyabr, AZƏRTAC
Arkadi Raykin adına “Satirikon” Rusiya Dövlət Teatrı dekabrın 22-də və 23-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, qastrol çərçivəsində dekabrın 22-də bakılı tamaşaçılara “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşası təqdim ediləcək. Tamaşada teatrın bədii rəhbəri, Rusiyanın Xalq Artisti Konstantin Raykin sevimli şairlərinin, o cümlədən Lope de Veqa, Aleksandr Puşkin, Osip Mandelştam, Nikolay Zabolotski, David Samoylov və Nikolay Rubtsovun şeirlərini oxuyacaq və şərh edəcək.
Dekabrın 23-də təqdim olunacaq “Konstantin Raykin. Öz səsi ilə” poetik monotamaşasında isə David Samoylovun şeirləri oxunacaq, habelə Molyerin “Zorən təbib” tamaşası göstəriləcək. Tamaşanın rejissoru Konstantin Raykindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]