MƏDƏNİYYƏT
Rusiyanın Xalq Artisti Bakıda konsert verəcək
Bakı, 29 iyul (AZƏRTAC). Oktyabrın 31-də Rusiyanın Xalq Artisti Andrey Makareviç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu, tanınmış sənətçinin Bakıya ilk qastrol səfəridir.
AZƏRTAC xəbər verir ki, musiqiçi, müğənni, bəstəkar, prodüser, teleaparıcı, rəssam Andrey Makareviç hələ uşaq vaxtlarında fortepianoda və gitarada ifa etməyi öyrənib. 2001-ci ildə isə “Оrkestr kreolskoqo tanqo” layihəsini məharətlə reallaşdıraraq ayrı-ayrı musiqiçiləri bir araya gətirib.
Azərbaycanda da Andrey Makareviçin bir çox pərəstişkarı var. Bu mənada onun Bakıdakı ilk konsertinin anşlaqla keçəcəyi, musiqisevərlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]