İDMAN
Rüstəm Qasımov: ABŞ-a medal qazanmaq üçün gəlmişdim
Bakı, 11 mart, AZƏRTAC
Yaxşı yarış oldu və mən də uğurla çıxış etdim. Başda məşqçilərim Asif Məmmədov və Taleh Hüseynova minnətdarlığımı bildirirəm. Bir sözlə əməyi olan hər kəsə əziyyətinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 67 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Rüstəm Qasımov söyləyib.
Milli komandamızın yeniyetmə idmançısı deyib: “Qolumdakı zədəm təkanla qaldırmada və toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sonadək mübarizə apardım və rəqabətdən çəkinmədim. Bura gələndə qarşıma medal qazanmaq məqsədi qoymuşdum. Sevinirəm ki, istəyimə nail ola bildim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]