ELM VƏ TƏHSİL
“SABAH” Karyera Akademiyası çərçivəsində qış məktəbi təşkil olunacaq
Bakı, 23 yanvar, AZƏRTAC
“SABAH” Karyera Akademiyası çərçivəsində beşinci qış məktəbi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qış məktəbi fevralın 10-12-də onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Qış məktəbində tələbələr uğurlu karyera başlanğıcı üçün lazımi fundamental bacarıqları “SABAH” Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən öyrənəcəklər.
“SABAH” Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq təlimlərdə iştirak edəcəklər.
Qış məktəbində iştirak etmək istəyən tələbələr yanvarın 27-si saat 23:59-dək qeydiyyatdan keçməlidir.
Xatırladaq ki, “SABAH” Karyera Akademiyası “SABAH”ın məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılıb.