ELM VƏ TƏHSİL


“SABAH” qruplarının əmtəə nişanı təsdiqlənib

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının müvafiq protokoluna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi “SABAH” qrupları “SABAH” əmtəə nişanı təsdiqlənib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “SABAH” qruplarının adından və emblemindən qeyri-qanuni istifadə edilməsi hallarının qarşısının alınması, “SABAH” qruplarının müəllif hüquqlarının qorunması məqsədilə onun adının və embleminin patentləşdirilməsinə zərurət yaranmışdı.

Hazırda Təhsil Nazirliyi “SABAH” qrupları əmtəə nişanının sahibi olaraq eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.