ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələri Rus Dram Teatrının səhnəsində çıxış ediblər

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının tələbələri “Hərə bir qəhrəman” tamaşasını təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin deputatları, ali məktəb rektorları, tələbələr, tanınmış ziyalılar iştirak ediblər.

ADMİU-nun rektoru Ceyran Mahmudova rəhbərlik etdiyi ali məktəbin “SABAH” qrupları tələbələrinin yaradıcılıq uğurlarından danışıb.

Sonra tamaşa nümayiş olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tamaşanın bədii rəhbəri ADMİU-nun “SABAH” qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Tamaşada ADMİU-nin “SABAH” qruplarının III kurs tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər.

Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” tamaşasında Cümhuriyyətin qurulmasında müstəsna xidmətləri olmuş 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətin ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir.

Tələbələrin obrazları peşəkar şəkildə canlandırması, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.