İQTİSADİYYAT
SABİRABADIN KƏNDLƏRİNDƏ 7 UN DƏYİRMANI TİKİLİB İSTİFADƏYƏ VERİLMİŞDİR
Sabirabadın kəndlərində gündəlik un üyütmək gücü 5 tondan 20 tonadək olan 7 un dəyirmanı tikilib istifadəyə verilmişdir. Bu dəyirmanlarda istehsal olunan taxıl məhsulunun sərfəli qiymətləri kənd sakinlərinin qayğılarını xeyli yüngülləşdirmişdir. Un dəyirmanlarında 60 nəfər işlə təmin olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonda “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Respublika Prezidentinin Fərmanının yerinə yetirilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Rayon İcra Hakimiyyəti iş adamlarına birbaşa müraciət etmiş və onlar üçün əlverişli şərait yaratmağa hazır olduğunu bildirmişdir. Müraciət müsbət əks-səda doğurmuşdur. Az müddətdə 10-a yaxın iş adamı Rayon İcra Hakimiyyətinə müraciət edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini bildirmişdir.