DÜNYA
SƏDDAM HÜSEYNİN ARVADI İLƏ GÖRÜŞMƏSİNƏ İCAZƏ VERİLMİŞDİR
AZƏRTAC “İraq olnyus” informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın sabiq lideri Səddam Hüseynin arvadı Səcidə Xeyrulla onun ailə üzvləri arasında birinci olaraq, ABŞ-ın Qətərdəki bazasında həbsdə saxlanılan əri ilə görüşəcəkdir.
Agentliyin məlumatına görə, görüş haqqında ilkin razılaşma Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri martda Səddam Hüseynə baş çəkərkən əldə edilmişdir. BQXK-nın nümayəndə heyəti bildirmişdir ki, hərbi əsirlər haqqında Cenevrə Konvensiyasına uyğun olaraq, İraqın sabiq prezidenti ailə üzvləri ilə görüşmək hüququna malikdir.
Xatırladaq ki, ötən ilin dekabrında yaxalandığı vaxtdan Bağdaddakı saraylarından birində saxlanılmış Səddam Hüseyn sonra təhlükəsizlik mülahizələrinə görə, ABŞ-ın Qətərdəki hərbi bazasına aparılmış və çox güman, məhkəməyədək orada qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]