DÜNYA
SƏDDAM HÜSEYNİN SIĞINACAĞI AMERİKAYA APARILACAQ
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İraqın sabiq prezidenti Səddam Hüseynin əsir alınmazdan əvvəl antiiraq koalisiyasının qüvvələrindən gizləndiyi sığınacağı “xoş günlər” gözləyir. Britaniya mətbuatının yaydığı xəbərdə deyilir ki, ABŞ hökuməti onu turistlər üçün görməli “eksponat”a çevirməyi qərara almışdır.
ABŞ-ın İraqdakı qüvvələri komandanlığının nümayəndəsi bildirmişdir ki, bunker yerin altından bütöv halda çıxarılacaq və Birləşmiş Ştatlara aparılacaqdır. Mühəndislər demişlər ki, sabiq İraq lideri üçün sığınacaq olmuş çoxtonluq konstruksiyanı yerin altından çıxarmaq işinin öhdəsindən gəlməyə qadirdirlər.
Yerli icmalçıların fikrincə, Səddam Hüseynin bunkeri son illərin ən maraqlı hərbi qəniməti ola bilər. Turistlərin bunkeri seyrindən əldə ediləcək bütün vəsait İraqda həlak olan hərbi qulluqçuların ailələrinə yardım göstərilməsinə yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]