İQTİSADİYYAT


SAHİBKARLAR “REGİONLARARASI İNTERNET- TİCARƏT ŞƏBƏKƏSİ”NİN YARADILMASI İDEYASINI DƏSTƏKLƏYİRLƏR

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi (BSSK) ilə əməkdaşlığı genişləndirir.

Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, bu əməkdaşlığın qurulması BSSK-nın yeni İnkişaf proqramında öz əksini tapmışdır. Bu proqram Konqresdə təmsil olunan ölkələrdə bərabərhüquqlu tərəfdaşlığın təmin edilməsini, üzv ölkələr arasında ticarət sədlərinin aradan qaldırılmasını, bazar strukturlarının və mexanizmlərinin yaradılması və tam gücü ilə fəaliyyət göstərməsini nəzərdə tutur.

ASK “Regionlrarası internet-ticarət şəbəkəsi”nin yaradılması ideyasını dəstəkləmişdir. Bu, mürəkkəb bazar iqtisadiyyatı şəraitində müəssisələrə müvəffəqiyyətlə işləmək imkanı verəcək və elektron ticarətin müasir sisteminin təşəkkül tapması üçün əlverişli şərait yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.