İDMAN
ŞƏHİD MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ KEÇİRİLƏN TURNİR BAŞA ÇATMIŞDIR
Gənclər, İdman və Turizm Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin bütün şəhər və rayonlarından, Rusiya, Gürcüstan və İrandan 300-ə yaxın yeniyetmə güləşçi gücünü sınamışdır.
İki gün davam edən yarışda Ümid Məmmədov (42 kq, Sumqayıt), Cavid Dəmirov (45 kq, Əli Bayramlı), Samir Nəsirov (50 kq, Cəlilabad), Cəbrayıl Həsənov (54 kq, ROİL), Hümmət Məmmədov (58 kq, ROİL), Georgi Nakişvili (63 kq, Gürcüstan), Otar Uretadze (69 kq, Gürcüstan), Turqay Məmmədov (76 kq, Gəncə), Elya Vadikadze (85 kq, Gürcüstan) və Maseh Yakidiyam (100 kq, İran) birinci yeri tutmuşlar. Komanda hesabında isə Azərbaycan birinci, Gürcüstan ikinci, İran üçüncü yerə çıxmışdır.
Xatırladaq ki, birinci yeri tutanlara 250, ikinci yerin sahiblərinə 150, üçüncü yerə çıxanlara 100 ABŞ dolları məbləğində mükafat verilmişdir. “Göyəzən” İK ən texnikalı idmançıları, eləcə də ən yaxşı məşqçi və hakimləri mükafatlandırmışdır.