ŞƏHİD VƏ ƏLİL AİLƏLƏRİNƏ TORPAQ SAHƏLƏRİ AYRILMIŞDIR
Mingəçevir şəhər bələdiyyəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 12 şəhid ailəsi, 15 Qarabağ əlili və 2 Böyük Vətən müharibəsi veteranına fərdi mənzil tikintisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələri verilmişdir.
Bu kateqoriyadan olan 158 nəfərə 14 milyon manat maddi yardım göstərilmişdir.