Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

SƏHİYYƏ NAZİRİ ƏLİ İNSANOVUN ÇIXIŞI

Hörmətli İlham müəllim!

Zərifə xanımın ailə üzvləri!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Biz bu gün bu gözəl mədəniyyət məbədinə Azərbaycanın görkəmli oftalmoloqu, dünya şöhrətli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Averbax adına mükafat laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın açılış mərasiminə toplaşmışıq.

Konfransa Azərbaycanın bütün bölgələrindən, rayon və şəhərlərindən oftalmoloqlar gəlmişdir. Eyni zamanda, Rusiya Federasiyasından, Türkiyə Cümhuriyyətindən, İran İslam Respublikasından, Gürcüstandan və Amerika Birləşmiş Ştatlarından 40-dək tanınmış alim və mütəxəssis iştirak edir.

İcazə verin, konfransda iştirak etmələrinə görə qonaqlarımıza hamınızın adından dərin minnətdarlığımı bildirim.

Üç gün davam edəcək beynəlxalq konfransda oftalmologiyanın müasir problemlərinin, demək olar ki, bütün sahələri araşdırılacaq, müasir elmi araşdırmaların nəticəsi olaraq çoxsaylı məruzələr dinləniləcək, çox maraqlı çıxışlar olacaqdır. Güman edirəm, Azərbaycan oftalmoloqları dünya oftalmoloqlarının nailiyyətləri ilə tanış olacaq, praktiki fəaliyyətlərində tətbiq etmək imkanı qazanacaqlar. Bundan əlavə, onlar qonaqlarımızla işbirliyi yaratmaq üçün danışıqlar aparacaq və qarşılıqlı əməkdaşlıq səhiyyəmizin, Azərbaycan oftalmologiyasının inkişafına xidmət edəcəkdir.

Bu gözəl ənənəni yaratdığına görə, biz möhtərəm Prezidentimizə sonsuz minnətdarlığımızı bildiririk. Cənab Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, o cümlədən də müstəqillik illərində Azərbaycanın layiqli övladlarının yubileylərinin keçirilməsinin hər zaman təşəbbüskarı və iştirakçısı olmuşdur. Azərbaycanın görkəmli alimləri Mustafa Topçubaşovun, Mirəsədulla Mirqasımovun, Vəli Axundovun, Umnisə xanım Musabəyovanın və neçə-neçə alimlərimizin yubileylərinin keçirilməsi məhz dövlətimizin başçısı Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur.

Biz bu konfransı keçirməklə təkcə Zərifə xanımın yubileyini qeyd etmirik, həm də Azərbaycan elminin dünyaya inteqrasiyasına nail oluruq. XX əsrdə Azərbaycan alimləri dünya elminə böyük töhfələr vermişlər.

Belə alimlərdən biri də bu gün yubileyini qeyd etdiyimiz akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım bizə böyük irs qoyub getmişdir. Bu irsi öyrənərkən orada təkcə oftalmologiyaya, ümumən səhiyyəyə deyil, elmin bir çox sahələrinə dair maraqlı məqamlara rast gəlirik. Zərifə xanımın “Yüksək əqidə” kitabını vərəqləyərkən çox dərin fəlsəfi fikirlərinə rast gəlirik. Alimin “xəstənin diaqnozunun dəqiqliyi, ona verilən dərmanın dozası qədər dəqiq olmalıdır” sözləri böyük mütəfəkkirlərin fikirlərini, o cümlədən dahi Nizaminin “Bir inci saflığı varsa da suda, artıq içilərsə, dərd verər o da” fəlsəfi fikrini yadımıza salır. Yaxud, Zərifə xanımın “təbabəti öyrənmək üçün insanlara fürsət bir dəfə verilir” – sözlərini oxuyanda o, təkcə həkim deyil, həm də böyük fəlsəfi təfəkkürə malik bir alim kimi gözümüzün qabağında canlanır, böyük həkim-filosof Platon yadımıza düşür. Platon deyirdi ki, fəlsəfəni bilən həkim, Allahlara bərabərdir.

Bəli, Zərifə xanım belə böyük alim idi.

Biz bu gün yubiley tədbirlərini keçirərkən Zərifə xanımın əzizlərini təbrik etməyə bilmərik. İcazə verin, sizin hamınızın adından möhtərəm Prezidentimiz cənab Heydər Əliyevi bu şanlı yubiley münasibətilə ürəkdən təbrik edim, ona cansağlığı və uzun ömür arzulayım.

Öz istedadı və bacarığı ilə Zərifə xanımın bütün arzularını çin etmiş oğlu İlham müəllimi təbrik edək. İlham müəllim Zərifə xanımın arzuladığı kimi bir övlad, arzuladığı kimi bir Azərbaycan vətəndaşıdır. İlham müəllim rəhbərlik etdiyi sahədə möhtərəm Prezidentimizin respublikada apardığı islahatlara öz sahəsində təkan verən novator rəhbərdir. İlham müəllimin Azərbaycanda idman hərəkatının rəhbəri olması heç kəsdə şübhə doğurmur. Olimpiya oyunlarından qızıl və bürünc medallar məhz İlham müəllimin böyük səyi nəticəsində qazanılmışdır. Onun xarici siyasətdə tutduğu yer, mövqe və səviyyə bu gün qibtə olunan bir səviyyədir. İlham müəllimin Avropa Şurası Parlament Assambleyasının iclaslarına sədrlik etməsi buna əyani sübutdur. Biz ona bütün fəaliyyətində uğurlar diləyir və arzu edirik ki, İlham müəllim bundan sonra da öz nailiyyətləri ilə bizi sevindirsin, bütün varlığı, bacarığı ilə xalqımızın işıqlı gələcəyi yolunda daha böyük uğurlar əldə etsin.

 

İlham müəllim Azərbaycan gənclərinin və xalqımızın gələcəyi və deyərdim ki, bütövlükdə ümididir. “Ot kökü üstündə bitər” deyən xalqımız yanılmamışdır. Ümid edirik ki, İlham müəllim valideynlərindən də uzağı görməyi bacaracaqdır.

Əziz mərasim iştirakçıları! Zərifə xanım XX əsrdə Azərbaycanın yetişdirdiyi, məşhur araşdırmaları ilə elm sahəsində dünyada layiqli yer tutmuş bir alimimizdir. O, 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Azərbaycana çox böyük ziyalılar bəxş etmiş Şahtaxtı kəndində dünyaya göz açmışdır. Zərifə xanım zəmanəsinin böyük ictimai-siyasi xadimi, peşəkar həkim, tanınmış alim Əziz Əliyevin ailəsində boya-başa çatmışdır. Zərifə xanımın anadan olmasından bir qədər əvvəl Ermənistanda, o cümlədən Yerevanda azərbaycanlılara qarşı aparılan soyqırımı siyasəti nəticəsində onun ailəsi oranı tərk etmiş və Naxçıvanın Şahtaxtı kəndinə gəlmişdir. Sonralar Zərifə xanım ailəsi ilə Bakıya köçür. 1942-ci ildə orta məktəbi qurtararaq, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. 1947-ci ildə oranı bitirib oftalmoloq kimi Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayır.

Oftalmologiyaya olan böyük həvəsi onu Moskvaya iki illik ixtisasartırma kurslarına gətirir. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra 1949-cu ildə Vətənə dönür və 1950-ci ildə aspiranturaya daxil olur.

1950-ci illərdə dünyada, o cümlədən də Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyondan artıq xəstə vardı. Ölkəmizdə də bu xəstəlik geniş yayılmış, minlərlə insanı dünya işığından məhrum etmişdi. Zərifə xanım gənc tədqiqatçı kimi məhz bu sahəni seçir və Azərbaycanda traxomaya qarşı mübarizəyə fədakarcasına rəhbərlik etməyə başlayır. Azərbaycanın rayonlarında ekspedisiyalarda olur, institutda elmi araşdırmalar aparır və tezliklə o dövrdə praktikada geniş yayıla bilən və olduqca səmərəli bir müalicə metodu işləyib hazırlayır. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, akademik Zərifə Əliyeva Azərbaycanda traxoma xəstəliyinin ləğv olunmasında təkcə müstəsna rol oynamamış, həm də faktiki olaraq onun elmi əsaslarını işləyib hazırlamış və bu xəstəliyi ləğv etmişdir.

Bundan sonra SSRİ Ali Attestasiya Komissiyası Zərifə xanıma baş elmi işçi dərəcəsini verir. Qısa müddətdən sonra Zərifə xanım dosent kimi Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedrada işə başlayır və peşə xəstəliklərini özünə yeni araşdırma sahəsi seçir. Dünyada ilk dəfə olaraq görmə orqanlarının peşə xəstəliklərini bu dərəcədə dərindən və geniş öyrənən məhz akademik Zərifə xanım Əliyeva olmuşdur.

Onun elmi araşdırmaları o dövrdə ittifaqın bütün aparıcı alimlərini maraqlandırmış və Zərifə xanımın təklifi ilə 1976-cı ildə Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyətinin Bakıda plenumu keçirilmişdir. Plenumda Zərifə xanım görmə orqanının peşə xəstəliklərinin fiziologiyasını öyrənən laboratoriyanın yaradılması təklifi ilə çıxış etmiş və bu təklif qəbul olunmuşdur. 1978-ci ildə Zərifə xanım artıq Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunda belə bir laboratoriyanı yaradır və ona rəhbərlik etməyə başlayır.

Bundan bir il sonra Zərifə xanımı yeni bir sahə- lazerin oftalmologiyada tətbiqi məsələsi maraqlandırır. 1980-ci ildə ölkəmizdə ilk dəfə olaraq Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda Zərifə xanımın təşəbbüsü və rəhbərliyi ilə lazer mərkəzi yaradılır. Zərifə xanım artıq doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, professor adına layiq görülmüş, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir.

Zərifə xanım bir sıra ictimai işlərlə də məşğul olurdu. O, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, bir sıra jurnalların redaksiya heyətinin üzvü idi.

Sonrakı illərdə Zərifə xanımı daha bir sahə maraqlandırır. O, bir qədər də unudulmuş və elmi əsasları işlənib hazırlanmamış, ancaq oftalmologiya üçün olduqca maraqlı bir sahə iridodiaqnostika və iridoterapiya ilə məşğul olmağa başlayır, elmi əsaslarla bu metodu dünyada, o cümlədən Sovetlər Birliyində qəbul etdirməyə nail olur. Bu sahədə iki kitab yazılır: “İridodiaqnostikanın əsasları”, “İridodiaqnostika və iridoterapiya”. Bu kitablar əvvəlcə Bakıda, sonra da Moskvada çap etdirilir. Zərifə xanım 14-ə yaxın monoqrafiya və kitabın, ümumiyyətlə 200-ə qədər elmi əsərin müəllifidir.

Zərifə xanım ömrünün son illərində elmi işlərini həm Moskvada, həm də Bakıda davam etdirirdi. Onun neçə-neçə yarımçıq qalmış əsərləri vardır. Bir neçə il bundan əvvəl biz onun arxivindən “Görmə orqanının vərəmi” kitabını götürdük, çap etdirmək qərarına gəldik. Kitab çap olunduqdan sonra MDB məkanında və xaricdə böyük maraqla qarşılandı, müsbət rəylər alındı. Bunun səbəbi nədə idi? Səmimiyyətlə deyim ki, Zərifə xanım dünyada artmaqda olan vərəm xəstəliyinin elə sahələrini açıb göstərə bilmişdir ki, bu, təkcə indi deyil, onilliklər, yüzilliklərlə aktual olaraq qalacaqdır.

Zərifə xanımın başqa çap olunmamış əsərləri də var. Mən hesab edirəm ki, onun tələbələri, həmkarları bu elmi işləri davam etdirəcəklər.

Zərifə xanımın adını daşıyan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun tikintisi yarımçıq qalmışdır. Bu yaxınlarda hökumətimiz, möhtərəm Prezidentimiz artıq vəsait ayırıblar, gələn aydan tikinti davam edəcəkdir.

Akademik Zərifə xanım Əliyevanın yubileyi günlərində onun işıqlı xatirəsi alimi sevənləri öz işığına, öz nuruna bürüyür, elmimizə, təhsilimizə bir çıraq tutur. Bu çırağın səngiməyən işığının əbədiyyət qədər sonsuz olacağına şübhə etmirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək