DÜNYA
SAKİP SABANÇI MUZEYİNDƏ “BÖYÜK MONQOL İMPERİYASI” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLƏCƏKDİR
Muzeyin İstanbul Universitetinin Türk Araşdırmaları İnstitutu ilə birgə təşkil edəcəyi simpoziumda Türkiyə alimləri ilə yanaşı, Azərbaycan, Qırğızıstan, Tatarıstan, Yaponiya, Monqolustan, Qazaxıstan və Polşadan dəvət olunmuş tarixçilər Çingiz xanın və monqol imperiyasının türk dünyasında qoyduğu izlər, qədim türk tayfalarının tarixi ilə bağlı məruzələr edəcəklər.
Türkiyə Xarici İşlər Nazirliyi və Monqolustan Təhsil, Mədəniyyət və Elm Nazirliyinin himayəsi ilə keçiriləcək sərgi isə monqol imperiyasının mədəniyyətlər və qitələr arasında yaratdığı əlaqəni nümayiş etdirəcəkdir. Sərgi çərçivəsində konfranslar, uşaq proqramları və diskussiyalar da təşkil olunacaqdır. Burada Monqolustanın, Asiya və Avropa ölkələrinin, Türkiyənin muzeylərindən gətirilmiş 600 eksponat ilk dəfə nümayiş etdiriləcəkdir.