İDMAN


ŞƏKİ OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ YENİ XİDMƏT SAHƏLƏRİ YARADILIR

Şəki Olimpiya İdman Kompleksində xidmətlərin səviyyəsini yüksəltmək üçün əlavə tədbirlər həyata keçirilir.

Kompleksin icraçı direktoru Aydın Xəlilov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, idman qurğusunda yarışların keçirilməsinə diqqətin artdığını və Şəkidə turizmin inkişaf perspektivlərini nəzərə alaraq, hazırda burada yeni qonaq evinin tikintisinə başlanılmışdır. Kompleksdə yeni konfrans salonu hazırlanır, yeməkxana genişləndirilir, kotteclərdə isə peyk antennaları və kondisionerlər quraşdırılır.

Hazırda kompleksdə idman qurğularından səmərəli istifadə olunması üçün hər cür şərait yaradılmışdır. Burada idmanın voleybol, basketbol, futbol, çüdo, uşu sanda, karate, taekvondo, üzgüçülük və digər növləri üzrə məşqlər keçirilir. İdmançılar və şəhər sakinləri stolüstü tennis və trenajor zallarından, böyük tennis kortundan istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.