ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNDA TAXIL İSTEHSALI ARTIB
AzerTAg.az
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, Şəki-Zaqatala iqtisadi rayonunda taxılçılığın inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər nəticəsində cari ildə bu regionda məhsul istehsalı xeyli artmışdır.
Şəki-Zaqatala Regional İnkişaf şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iqtisadi rayona daxil olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının taxılçılıq təsərrüfatlarında mövsüm ərzində ümumilikdə 220 min tondan artıq məhsul tədarük olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 61,8 min ton çoxdur. Hər hektardan məhsuldarlıq 6 sentner artaraq, orta hesabla 21,1 sentner təşkil etmişdir. Keçən illə müqayisədə buğda istehsalı 42 min ton, arpa istehsalı isə 19,7 min ton artmışdır. Hazırda iqtisadi rayonun fermer təsərrüfatlarında qarğıdalı yığımına hazırlıq gedir.
Xəbərin mətnində orfoqrafik səhv var