Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

SƏNƏDLƏRİ SAXTALAŞDIRMAQLA VERGİLƏRİ ÖDƏMƏKDƏN YAYINANLAR HAQQINDA CİNAYƏT İŞİ BAŞLANMIŞDIR

Azərbaycan Respublikası Baş Prokurorluğu və Vergilər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, Prezident İlham Əliyevin cari il yanvarın 31-də 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda saxta hesab-fakturalardan istifadə edilməsi hallarının ciddi araşdırılıb, tədbir görülməsi barədə verdiyi tapşırıqlara müvafiq olaraq, Baş Prokurorluq və Vergilər Nazirliyi bu sahədə fəaliyyətlərini gücləndirərək, sənədləri saxtalaşdırmaqla vergiləri ödəməkdən yayınma hallarının aşkara çıxarılması, belə əməllərin bilavasitə icraçıları və təşkilatçılarının, eləcə də onlara şərait yaratmış şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirmişlər.

Belə ki, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Viktoriya-M” Məhdud Məsuliyyətli Cəmiyyətdə 2004-cü il mayın 1-dən 2005-ci il aprelin 1-dək olan dövrdə vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, 128.260 AZN mənfəət vergisi, 960.000 AZN əlavə dəyər vergisi olmaqla, cəmi külli miqdar təşkil edən 1.080.000 AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı müəyyən edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaq zamanı məlum olmuşdur ki, rəsmi sənədlərdə “Viktoriya-M” və “Aksu” Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktoru kimi göstərilmiş Poruz Xudan oğlu Abbasov 1991-ci il oktyabrın 23-də avtomobil qəzası nəticəsində ölməsinə baxmayaraq, “Texnikabank” Səhmdar Kommersiya Bankının “İnşaatçılar” filialının əməkdaşları tərəfindən onun adına “Aksu” Məhdud Məsuliyyətli Cəmiyyət üçün manat hesabı açılmış və 2004-cü ilin dekabrından 2005-ci ilin fevralınadək bu hesab üzrə 3.340.000 AZN məbləğində əməliyyatlar aparılmaqla, pul bütövlükdə bankdan ölmüş şəxsin adına çıxarılmışdır.

Bundan başqa, vəfat etmiş Poruz Abbasovun adına “Viktoriya-M” Məhdud Məsuliyyətli Cəmiyyət üçün “Texnikabank” Səhmdar Kommersiya Bankının “İnşaatçılar” filialında və “Turanbank” Səhmdar Kommersiya Bankının “Yasamal” filialında həmin bankların əməkdaşları tərəfindən manat hesabları açılmış və 2004-cü ilin iyun ayından sentyabradək bu hesablar üzrə 7.040.000 AZN məbləğində əməliyyatlar aparılmış, müxtəlif təşkilatlar tərəfindən köçürülmüş pullar mərhumun adına yazılmış çek vərəqləri ilə nağd qaydada bankdan çıxarılmışdır.

İstintaq zamanı bu cinayətlərin Lalə Arif qızı Əsgərova tərəfindən digər şəxslərlə əlbir olaraq törətdiyi müəyyən edilmişdir. Sübuta yetirilmişdir ki, Bakı Şəhəri Vergilər Departamentində qeydiyyata alınmış “Qlobal-A” Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki rəhbərlik etmiş Lalə Əsgərova vergi ödəyicisi kimi Bakı Şəhəri Vergilər Departamentində qeydiyyata alınmış “Dəniz” Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki rəhbərlik edərkən, 2002-ci il iyunun 6-dan 2003-cü il aprelin 1-dək olan dövrdə müxtəlif təşkilatlara mal-material satışından gəlir əldə etməsinə baxmayaraq, vergi orqanına təqdim olunmuş bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, 480.000 AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Bundan başqa o, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının baş mühasibi Elçin Asəf oğlu Hüseynov və başqa şəxslərlə qabaqcadan əlbir olaraq, 2004-cü ilin iyun-avqust aylarında həmin müəssisənin adından müxtəlif təşkilatlarla əməliyyatlar apararaq, gəlir əldə etmiş, lakin vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib, 580.000 AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, “Viktoriya-M” və “Aksu” Məhdud Məsuliyyətli Cəmiyyətlərin əlavə dəyər vergisi əvəzləşməsinə hüquq verən rəsmi vergi hesab-fakturalarını saxtalaşdırmışdır.

Bu əməllərə görə Lalə Əsgərovaya qarşı Azərbaycan Respublikası CM-in 213.4-cü, 320.1-ci və 320.2-ci, onun bu cinayətləri törətməsinə kömək etmiş Elçin Hüseynova qarşı isə CM-in 32.5-ci, 213.4-cü və 313-cü maddələri ilə ittiham irəli sürülmüş, hər ikisi barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Başqa bir cinayət işi üzrə aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Ruslan Cəlal oğlu Əliyev qeyri-rəsmi qaydada rəhbərlik etdiyi “Buta-A LTD” və “Olimp-N” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru Ceyhun Abdulla oğlu Mirseyibov ilə qabaqcadan əlbir olub, “Olimp-N” Məhdud Məsuliyyətli Cəmiyyətin 2004-cü ilin fevral-iyun, “Buta-A LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin 2004-cü ilin mart-iyun aylarındakı əməliyyatları üzrə gəlirlər və xərclərinə dair bəyannamələr təqdim etməməklə, “Olimp-N” Məhdud Məsuliyyətli Cəmiyyət üzrə 1.220.000 FƏT, “Buta-A” Məhdud Məsuliyyətli Cəmiyyət üzrə 320.000 AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Bu əməllərə görə Ruslan Əliyev və Ceyhun Mirseyibova qarşı Azərbaycan Respublikası CM-in 213.4-cü maddəsi ilə ittiham irəli sürülmüş, sonuncunun barəsində cinayət işi məhkəməyə göndərilmiş, birinci isə istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur.

Həmin cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin müştəri xidmətləri Departamentində korporativ müştərilərlə iş üzrə şöbə müdiri vəzifəsində işləmiş Elçin Əli oğlu Qasımov bir qrup şəxslə qabaqcadan əlbir olaraq, 2004-cü ilin oktyabr-dekabr aylarında bankın müştərisi “Olimp-N” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Abdulla oğlu Mirseyibovun Azərbaycan Respublikası ərazisində olmadığı 2004-cü il oktyabrın 2-dən 2005-ci il fevralın 4-dək olan dövrdə pulun bankdan nağd formada çıxarılmasına dair imzalanmış və möhürlənmiş çek vərəqləri əsasında 3 dəfəyə cəmi 480.000 AZN məbləğində pulun guya sonuncuya verilməsinin sənədləşdirilməsini təşkil etmiş, saxtalaşdırdığı bu rəsmi sənədləri xəzinədar Zümrüd Şıxı qızı Şıxıyevaya imzalatmış, faktiki olaraq isə həmin pulu “Olimp-N” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Ruslan Cəlal oğlu Əliyevə vermişdir. Bu yolla o, həmçinin Ruslan Əliyevin həmin gəlirlərə müvafiq olan 72.720 AZN əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına kömək etmişdir.

Bu əməllərə görə Elçin Qasımova qarşı Azərbaycan Respublikası CM-in 32.5-ci, 213.4-cü və 313-cü maddələri ilə ittiham irəli sürülmüş və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Göstərilən cinayətlər vəzifəli şəxslərin korrupsiya əməlləri ilə müşayiət edildiyindən Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə qeyd edilən cinayətlər üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Vergilər Nazirliyi vergi qanunvericiliyinə dəqiq riayət olunmasına nəzarətin gücləndirilməsinə, vergi hüquqpozmaları hallarına dair məlumatların toplanıb təhlil edilməsinə, belə halların yaranması səbəblərinin və şəraitin aradan qaldırılmasına, vergi və korrupsiya cinayətlərinin qarşısının alınmasına, cinayətə görə cəzanın labüdlüyü prinsipini təmin etməklə, belə cinayətlərin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmalarına, büdcəyə dəyən ziyanın bərpa edilməsinə, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsinə və müdafiə olunmasına istiqamətlənmiş zəruri tədbirləri davam etdirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi