Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ŞƏRƏFSİZLİK ZİRVƏSİNDƏ

“Yeni Azərbaycan” qəzetinin 2003-cü il 5 iyul tarixli nömrəsində kimya elmləri doktoru, professor, Nyu-York Akademiyasının həqiqi üzvü, keçmiş millət vəkili Ədalət Rəhimlinin “Şərəfsizlik zirvəsində” sərlövhəli yazısı dərc olunmuşdur. Mərhum millət vəkili, professor Ədalət Rəhimli bu yazını “Yeni Azərbaycan” qəzetinə vəfatından bir qədər əvvəl təqdim etmişdir. AZƏRTAC ictimaiyyətin böyük marağını nəzərə alaraq həmin yazını oxuculara təqdim edir.

ŞƏRƏFSİZLİK ZİRVƏSİNDƏ

Hörmətli oxucu! Mənim bu yazım heç bir siyasi konyuktura güdməyən, vicdanımın tələbi və təfəkkürümün hökmü ilə yazılıb. Məqsədim, son illər "Yeni Müsavat" qəzeti və redaktoru R.Arifoğlunu heç bir məntiq və ədəb-ərkan qaydalarına sığmayan, xalqımızın əxlaq normalarına vicdansızcasına xəyanət edən fəaliyyətinə vətəndaşlıq mövqeyindən münasibət bildirməkdir.Məlum olduğu kimi, mən 1996-cı ilədək müxalifət partiyası "Müsavat"ın rəhbərliyinə daxil olmuş, indi də bu partiyada dostlarım var və ləyaqətli insanlarla isti münasibətlərim davam etməkdədir. Buna baxmayaraq, əslində bu partiyanın orqanı olan "Yeni Müsavat" qəzetinin səviyyəsiz qəlbi xalqımızın ləyaqətli oğullarına kin-küdurətlə dolu, acgöz, manyakal şöhrətpərəst, heç bir reallığa dayanmayan lovğa baş redaktoru R.Arifoğlunun şərəfsizcəsinə qara böhtanlarla dolu fəaliyyəti qəlbimdə dərin bir nifrət oyadır!..R.Arifoğlu 90-cı illərin əvvəlində, xüsusilə, Cəbhə hakimiyyəti yıxılandan sonra siyasi mövqeyi olmayan sakit bir həyat sürür, maddi həyatı yüksəltmək üçün dəridən-qabıqdan çıxırdı. O vaxtlar o, özünü türk millətçisi və rəhmətlik Ə.Elçibəyin şagirdi adlandırırdı. Elçibəy və silahdaşları 1993-cü ildə S.Hüseynov və R.Qazıyevin hərbi qiyamından sonra respublikanı ağır böhrandan qurtarmaq üçün yeganə çıxış yolu olaraq, Heydər Əliyevi Bakıya rəhbərliyə dəvət edəndən sonra R.Arifoğlunun siyasi mövqeyi 180 dərəcə dəyişdi. Elçibəyə və respublikanın prezidenti Heydər Əliyevə qarşı böhtan kampaniyasına başladı. Bu işdə ona Elçibəy hökumətinin bəzi üzvləri və bütün siyasi fəaliyyəti dövrü Azərbaycan xalqı və dövlətinə düşmən mövqeyi tutan, erməni diasporasına xidmət edən, vətən xainləri R.Qazıyev, S.Hüseynov, Ə.Hümbətov və digərlərini müdafiə edən, milliyyətcə ermənilərə yaxın qohum olan Leyla Yunusova (Lala Yunosyan) ilə yaxınlıq özəl rol oynadı.R.Arifoğlu Elçibəyə müxtəlif böhtanlar atmaqla yanaşı, onu və silahdaşlarını "tayfa müxalifəti" adlandırmaqla, hörmətdən salmağa çalışdı. Təbii ki, bu sırada İ.İbrahimli və mən, adlarımız çəkilməsə də, nəzərdə tutulurduq. Təəssüf ki, o dövrdə Müsavat Partiyasının rəhbərlərindən və ya ləyaqətli adamlarından bir nəfər də olsun bu manyakı qınamadı ki, əgər İbrahimli və Rəhimli tayfa müxalifətidirsə, sən isə həqiqi müxalifətsənsə niyə onların normal ev-eşiyi, yaşayış şəraiti, maaşı və s. yoxdur, sən isə bir neçə zəngin evin, bahalı xarici maşınların, yüksək məvacibin, var-dövlətin sahibisən?! Son illər R.Arifoğlunun maniya xəstəliyi daha da şiddətlənib. Belə ki, bu nadan torpaqlarımızı fəth edən, yüz minlərlə həmvətənimizi ev-eşiyindən didərgin salan erməni faşistlərindən, onların rəhbərlərinin bəd əməllərindən bir sətir də yazmadığı halda, respublikamızın rəhbərinə, onun ailə üzvlərinə, digər ləyaqətli adamlara öz cızma-qaralarında heç bir əsası olmadan nədyanlar yazır, qara böhtanlar yaxır. Təəccüblüdür ki, nə aid olduğu partiyanın ləyaqətli insanları, nə də onun valideynləri bu əllamənin qarşısını almaq, onun başına ağıl qoymaq üçün heç bir cəhd etmirlər?Bir neçə həyatı misal R.Arifoğlunun doğrudan da maniya xəstəliyinə tutulduğunu bariz surətdə birmənalı sübut edir. 1998-ci ilin oktyabr ayında həmişə olduğu kimi, "Yeni Müsavat" qəzetində R.Arifoğlunun heç bir analitik əhəmiyyət kəsb etməyən, köhnə yazıları təkrar edən bir böyük həcmli yazısı dərc olunmuşdur. Bu yazıda bircə biabırçı cümlə diqqəti cəlb edirdi: "Dahi jurnalist" R.Arifoğlu Azərbaycan xalqından utanmadan yazırdı: "İ.Qəmbərdən sonra respublikanın prezidentliyinə özüm namizədliyimi verəcəyəm". Bu dərəcədə nadan, yekəxana, cəmiyyətdə öz yerini və qiymətini bilməyən adamcığa bilmirsən güləsən, ya ağlayasan? Bir başı papaqlı kişi tapılmadı ki, bu manyaka desin: gədə, sən kimsən, nə karəsən, nə biliyin-bacarığın və millət qarşısında xidmətin var ki, prezidentlik iddiasındasan? Azərbaycanın böyük dövlət və siyasi xadimləri, alimləri, mühəndisləri, mədəniyyət xadimləri məgər ölübdür ki, sənin kimi başıboş, savadsız və təcrübəsiz bir kimsə Azərbaycan kimi bir intellektuallar ölkəsinə rəhbər ola bilər? Sən heç öz partiyanda belə onca nəfər şəxs tapa bilərsən ki, sənin bu şizofrenik sayıqlamalarına ciddi yanaşsın?Təbii ki, heç kim R.Arifoğlunun bu tip anormal deyimlərini ciddi qəbul etmir. Lakin respublikamızda siyasi, ictimai, iqtisadi və digər sahələrdəki fəaliyyət sahələrini daim izləyən, onları analiz edib qiymətləndirən xarici ölkə ekspertləri R.Arifoğlu kimi manyak siyasətçilərin fəaliyyət və fikirlərinə görə respublikamız haqda heç də müsbət fikirdə olmurlar.Bir ölkədə ki, böyük dövlət vəzifələrinə və xüsusilə, prezident kreslosuna savadsız bir jurnalist və ya orta məktəb müəllimi, oğru polis işçisi, dünənki tələbə, beş-on şer yazan orta səviyyəli şair, öz ixtisasını belə kifayət qədər bilməyən həkim, hətta slesar iddialı olursa, beynəlxalq təşkilatlar, sivil ölkələr, ekspertlər heç zaman inana bilməzlər ki, o ölkənin xalqı demokratiyaya, çağdaş ölkə qurmağa hazırdır. Nəticədə respublikamıza beynəlxalq təşkilatlar inamsız yanaşır və demək olar ki, bütün məsələlərdə ermənilərə dəstək verilir. R.Arifoğlunun 1999-ci ildə öz bulvar qəzetində bir sayıqlamasını da xatırlatmaq istəyirəm. Hörmətli prezidentimizin ürəyində ABŞ-da əməliyyat aparılmışdı. Cəhənnəm bayquşu R.Arifoğlu sabahkı günü sevinclə yazırdı: "Naxçıvanlı və ermənistanlılar üzü Xəzərə doğru düzlənin". Başı zir-zibillə dolu olan, öz fəaliyyəti ilə ermənilərə əvəzsiz xidmət göstərən bu manyakdan bundan ağıllı bir şey gözləmək olmayan işdir. Tülkü qədər qorxaq olan bir adamdan belə cəsarətli, lakin tamamilə mənasız bir fikir eşitmək yalnız və yalnız gülüş doğurur. Xalqımızın oğulları Qarabağ uğrunda şəhid olarkən, bu cılız və xudpəsənd adam qardaşı ilə birlikdə vətən borcundan xəstəlik bəhanəsi ilə gizlənirdilər. Digər tərəfdən, mən hələ indiyədək eşitməmişəm ki, R.Arifoğlu və qohum-əqrəbası bir cəsarətli, qeyrətli iş görsünlər. Bu gədə o qədər qeyrətsizdir ki, qəzetində neçə illərdir onun doğulduğu bölgədə ermənilərin qəsb edib tualetə çevirdiyi kəndlərin adını belə yazılarında xatırlamır. Bu nadanın qohum-əqrəbası yalnız satqınlıqda mahirdilər. Tarix heç zaman R.Arifoğlunun qohum-əqrəbasının Azərbaycanın qeyrətli kişisi, Gəncə hakimi Cavad xanın ailəliklə məhv edilməsində binamusluqla rus qəbskarlarına xidmətini unutmayacaqdır!... İndi R.Arifoğlu və "Yeni Müsavat"ın kollektivi bu xidməti bilərəkdən və ya bilməyərəkdən erməni qəsbkarlarına göstərməkdədir. Naxçıvanlıları Xəzər dənizinə tökmək üçün, R.Arifoğlu, sənin və qohum-əqrəbanın kişiliyi çatmaz. Çünki tarix boyu yüz illərlə naxçıvanlılar qeyrət və hər şeydən namusu yüksək tutmuşlar. Bu torpaq Eldəgizlər kimi dünyanın yarısına hökm edən hökmdarlar, Heydər Əliyev kimi dahi siyasətçilər və müdrik dövlət başçıları yetirmişdir.Milli azadlıq hərəkatının ən gərgin çağında onun rəhbərliyini üzərinə götürüb, xalqımızın müstəqilliyinə bu torpağın müdrik və vətənpərvər övladı Ə.Elçibəy nail olmuşdur. 1991-ci ilin martında onlarla naxçıvanlı igid Sədərəkdə erməni-rus tanklarının qarşısına avtomat və qranatlarla çıxaraq, şəhid olmuş, lakin qəsbkarlara ağır erməni blokadası şəraitində bir qarış belə torpaq verməmişlər. Sən R.Arifoğlu hansı deşikdə gizlənmişdin, indi naxçıvanlıları dənizə tökmək eşqinə düşmüsən?!Keçən həftəki "Yeni Müsavat"ın nömrələrindən birində kin-küdurətdən beyni kirəclənmiş R.Arifoğlu özündən də xəstə təxəyyüllü qardaşı bir neçə sütun yazıb hamıya mənəviyyat dərsi vermək təşəbbüsündə oldular. R.Arifoğlunun qardaşı Azər öz cızma-qarasında sübut etmək istəyir ki, Heydər Əliyevin 80 yox, 83 yaşı tamam olur. Guya Heydər Əliyev nə vaxtsa yaşını azaldıb? İlahi, insan nə qədər nadan və şərəfsiz olarmış, özü də belə gənc yaşında? Gədə, deməzlər ki, sən hansı mənəvi haqla ölkənin ağsaqqal rəhbərinə bu cür böhtanlar atırsan? Deməzlər ki, özünüz əsgəri xidmətdən qaçdığınız halda, kiməsə irad tutmağa cəsarət edirsiniz?! Nəhayət, deməzlər ki, ay binamuslar, pul qazanmaq, maşınlar, evlər almaq üçün siz dünənə kimi fahişəliyi təbliğ edən qəzet buraxırdınız. Sizin bundan sonra hələ kiməsə mənəviyyat dərsi keçməyə, ümumiyyətlə, Azərbaycanın müqəddəs torpağına ayaq basmağa haqqınız varmı?! Bir neçə cümlə də "Yeni Müsavat" qəzetinin kollektivi haqda söz demək istəyirəm. Fikrimcə, bu kollektiv kifayət qədər istedadlı gənclərdən (əksəriyyəti ixtisasca jurnalist olmasa da) ibarətdir. Lakin uzun illərdir ki, manyak R.Arifoğlu ilə çalışdıqlarından onların əksəriyyətinin beyni qara böhtanlarla zəhərlənmişdir. Odur ki, bu bədbəxt gənclər artıq yalan-böhtan yazmaqda manyak müəllimlərini də ötmüşlər. Kiçik bir misal. Bu günlərdə "Yeni Müsavat"ın nömrələrinin birində jurnalist Cavid bəyin Heydər Əliyevin yubileyi və on illik fəaliyyəti barədə bir yazısı dərc olunmuşdur. Gözümüzün qabağında 10 il öncə baş vermiş hadisələri tamamilə baş-ayaq təsvir etməyə cəhd göstərir. Gənc jurnalist yazır ki, guya Heydər Əliyev hakimiyyətə hərbi çevrilişlə gəlibdir. 1993-cü ildə Cavid bəy yəqin ki, çox gənc, bəlkə də uşaq idi. Odur ki, o dünənki tarixi bilərəkdən və ya bilməyərəkdən təhrif edir. Bu yüz faizli həqiqətdir ki, Heydər Əliyevi respublikanın rəhbərliyinə Ə.Elçibəy və yaxın silahdaşları dəvət etmişdilər və onu Naxçıvandan gətirmək üçün üç dəfə təyyarə göndərmişlər. P.Hüseynov A.Cəlilovun kabinetindən dalbadal səkkiz dəfə Heydər Əliyevə telefonla zəng edib gəlməyini xahiş etmişdir... Cavid bəy yazır ki, guya Heydər Əliyevin respublikaya son 10 illik rəhbərliyi dövründə respublika 50 il geri düşmüşdür. Bu fikri ilə Cavid bəy respublikamızda son illərdə baş verən möhtəşəm siyasi, ictimai, iqtisadi və diplomatik prosesləri başa düşmədiyini nümayiş etdirmişdir. O dövrdə bütün sahələrdə respublikamızın çox ağır durumu inkaredilməz həqiqətdir. Respublikanın bütövlüyü və müstəqilliyi böyük təhlükə altında idi. Cəbhə-Müsavat hakimiyyəti, Rəhim-Surət və bəzi düşmən ölkələrin hədəsindən qorxaraq pərən-pərənə düşmüşdür. Əgər hakimiyyət R.Qazıyev və S.Hüseynov kimi acgöz və satqınlara və ya A.Mütəllibov kimi zəif iradəli siyasətdə Rusiya və İrana bağlı olan şəxsə, A.Hacıyev, S.Əkbərov və İ.Şirinov kimi dilletantlara verilsəydi, indi respublikamız ən yaxşı halda Tacikistan kimi Rusiyanın bir hüquqsuz əyalətinə çevrilmişdi. Yəni, əlvida müstəqillik. Odur ki, Ə.Elçibəy çox böyük müdriklik və uzaqgörənlik edib böyük dövlətçilik və siyasi təcrübəsi olan, son dərəcə iradəli və müdrik rəhbər Heydər Əliyevə hakimiyyəti təhvil verdi. Və dövlətçiliyimizin möhkəmlənməsinə və müstəqilliyimizin dönməzliyinə bu müdrik şəxsin sayəsində nail olduq!Cavid bəy, unutma ki, qonşu dövlətlər bizə əsrin neft müqavilələrini və "Bakı-Ceyhan" neft kəmərini çəkməyə heç zaman imkan verməzdilər. Bu qeyri-adi layihələr yalnız və yalnız Heydər Əliyevin son dərəcə təmkinli, incə və müdrik diplomatik gedişləri ilə mümkün oldu.Nəhayət, R.Arifoğlunun ağsaqqalarına (əgər belələri varsa), bir tövsiyəm var: bədbəxt oğlunuz manyakdır və xəstəliyin sağalmaz son mərhələsindədir. O, artıq cəmiyyət üçün itirilmişdir. Ona görə, heç olmazsa, onun övladlarını qoruyun və xilas edin. Əks təqdirdə, bu cocuqlardan elə mutant - R.Arifoğlanları meydana gələr ki, oğlunuz bu mutantların yanında şükür etməli olar. Allah amanında.Ədalət RƏHİMLİ,

Kimya elmləri doktoru, professor, Nyu-York Akademiyasının həqiqi üzvü, keçmiş millət vəkili.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY