DÜNYA


SAS aviakompaniyası payıza planlaşdırılan 1,7 min reysi ləğv edib

Bakı, 19 avqust, AZƏRTAC

SAS (Skandinaviya Hava Yolları) aviakompaniyası pilotların yay tətili və yeni təyyarələrin tədarükündə ləngimələr səbəbindən payıza planlaşdırılan 1,7 min reysi ləğv edib.

AZƏRTAC xəbər verir ki, bunu aviadaşıyıcının mətbuat katibi Aleksandr Lindqren Kaouki bildirib.

“Aviasəyahətlərə tələbat azalmır, əksinə, artmaqda davam edir, lakin iyul tətilləri heyətlə bağlı bir neçə ay irəlidəki vəziyyətə təsir göstərib. Planlaşdırılan məzuniyyətlərin vaxtı dəyişdirilib, işçi çatışmazlığı yaranıb”, - Norveçin NRK telekanalı mətbuat katibinin bu sözlərini sitat gətirib. Onun dediyinə görə, uçuşların ləğvi, həmçinin yeni təyyarələrin çatdırılmasında gecikmələrlə bağlıdır.

SAS kompaniyasının 900 pilotunun Danimarka, Norveç və İsveçdə keçirilən ikihəftəlik tətili iyulun 18-də rəhbərlik və həmkarlar ittifaqları arasında 5 il 6 ay müddətinə yeni sazişin imzalanması ilə başa çatıb. Həmin müddətdə pilotların etiraz aksiyaları keçirməsi qadağan olunub.

Aviakompaniyanın hesablamalarına əsasən, tətilin hər günü 10-13 milyon dollara başa gəlib. SAS tətil səbəbində ümumilikdə 300 min sərnişinə toxunan 3,7 mindən çox reysi ləğv edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.