DÜNYA
SİNQAPURDA YALNIZ APTEKLƏRDƏ SAQQIZ SATIŞINA İCAZƏ VERİLMİŞDİR
Ümumiyyətlə isə, müalicəvi və profilaktik effektə malik 19 adda belə məhsulların, məsələn, siqareti tərgitməyə kömək edən nikotinli saqqızın və dişləri kariyesdən qoruyan saqqızların satılmasına icazə verilmişdir.
Xatırladaq ki, Sinqapurun sabiq baş naziri Li Kuan Yu küçələrin, binaların, avtobusların və metro vaqonlarının təmizliyinə saqqızın xələl gətirməsindən şikayətləndiyi üçün 1992-ci ildə ölkədə saqqızın idxalına və satışına qadağa qoyulmuşdu.
Saqqızın leqallaşdırılması məsələsi Sinqapurla ABŞ arasında sərbəst ticarət haqqında danışıqların başlıca mövzularından biri olmuşdur. Onun satışına qadağanı götürməyi İllinoys ştatından konqresmen Filipp Kreyn də tələb etmişdir. Dünyada ən iri saqqız istehsalçılarından olan Wrigley şirkətinin mərkəzi ofisi bu ştatda yerləşir.