RƏSMİ XRONİKA
SİNQAPUR RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SELLAPAN RAMA NATANA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Milli gün münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 iyul 2006-cı il.