CƏMİYYƏT
SOCAR “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə Sumqayıtın 70 illiyinə həsr olunan futbol turniri başa çatıb
Bakı, 13 sentyabr, AZƏRTAC
SOCAR “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş mini futbol turnirinə yekun vurulub. Turnirdə 16 komanda 4 qrupda mübarizə aparıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin komandası turnirin qalibi olub. Sonrakı yerləri Azərbaycan “Qızıl Aypara” Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin komandaları tutublar.
Qaliblər “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin hədiyyə və fəxri fərmanları ilə təltif ediliblər.