CƏMİYYƏT


SOCAR “Azəriqaz” İB-də könüllü qanvermə aksiyası keçirilib

Bakı, 17 mart, AZƏRTAC

Ölkəmizdə hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə də əhatə olunublar. Reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasına SOCAR “Azəriqaz” İstehsalat Birliyi də hər zaman müsbət yanaşır.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. İB-nin inzibati binasında keçirilən xeyriyyə aksiyasında rəhbər şəxslərlə yanaşı, ümumilikdə 203 birlik əməkdaşı iştirak edib.

Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.