İQTİSADİYYAT


SOCAR: Heydər Əliyev adına NEZ-də modernizasiya prosesində yaranan yüksək səslər təhlükə mənbəyi deyil

Bakı, 27 oktyabr, AZƏRTAC

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan inşaat və modernizasiya işlərinin hazırkı mərhələsi yekunlaşmaq üzrədir. Artıq bir sıra qurğularda, ümumi zavod infrastrukturu və xətlərində ilkin sazlama işlərinə start verilib, istismara buraxılması nəzərdə tutulan boruların təmizlənməsinə başlanılıb. Bu əməliyyatlar sıxılmış hava ilə aparılır və bəzən 4-5 atmosfer təzyiqə yüksəlmiş hava anidən borudan kənara buraxılaraq yüksək səs və gurultu yaradır. Bəzi hallarda isə daha yüksək – partlayışa bənzər səslərin eşidilməsi qaçılmaz olacaq. Bu işlərin 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Eyni zamanda, 2022-ci ilin yanvar ayının ortalarından aprel ayının sonuna qədər bəzi xətlər yüksəktəzyiqli su buxarı ilə təmizlənəcək. Bu əməliyyat zamanı isə xətlərə səsboğucular yerləşdiriləcək. Lakin səsboğucuları partlayışa bənzər yüksək səslərin azaldılmasına və tam aradan qaldırılmasına yetməyə bilər. Bildiririk ki, bu əməliyyatlar Neft Emalı Zavodunun ərazisi yaxınlığında hərəkət edən insanlar üçün hər hansı təhlükə yaratmır. Odur ki, əməliyyatlar nəticəsində əmələ gələn yüksək səsləri eşidən insanları təşvişə düşməməyə çağırırıq. Müvəqqəti narahatlığa görə, Heydər Əliyev adına NEZ-in yaxınlığında hərəkət edən və çalışan insanlardan üzr istəyirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.