İQTİSADİYYAT


“SOCAR Turkey” sosial media mükafatı alıb

Bakı, 24 oktyabr, AZƏRTAC

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) sosial media mükafatına layiq görülüb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “SOCAR Turkey” bu il onlayn formada keçirilən “Social Media Awards Turkey” mükafatının enerji şirkətləri kateqoriyasında sosial medianı ən yaxşı istifadə edən marka kimi qızıl mükafat alıb.

“Marketing Türkiye” və “Tick Tock Boom”un 4 ildir təşkil etdiyi və 55 min şirkətin qiymətləndirildiyi Türkiyənin ən prestijli və etibarlı sosial media yarışması olan “Social Media Awards”da “SOCAR Turkey” 4-cü dəfə öz kateqoriyasında zirvədə yer alıb.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. “SOCAR Turkey” TANAP-ın səhmlərinin 7 faizinə sahibdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.