İQTİSADİYYAT
SOCAR bu il daha 11 sıxılmış təbii qaz məntəqəsi istifadəyə verəcək
Bakı, 4 iyul, Nihad Budaqov, AZƏRTAC
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il daha 11 sıxılmış təbii qaz – STQ (compressed natural gas - CNG) məntəqəsi istifadəyə verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilir ki, avqust-sentyabr aylarından başlayaraq “SOCAR PETROLEUM”a məxsus Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektindəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində STQ-ın satışı həyata keçiriləcək.
Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci kilometrindəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci kilometrindəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci kilometrindəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.
Qeyd edək ki, iyulun 4-də “SOCAR PETROLEUM” QSC Bakı-Hövsan yolunun başlanğıc hissəsində, “Baku-Bus” MMC-nin yaxınlığında istehlakçılar üçün STQ məntəqəsini istifadəyə verib. Bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi STQ satışına başlayıb. Yanacağın bir kubmetri 0,45 manat təşkil edir.