İQTİSADİYYAT


SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub

Bakı, 15 iyul, AZƏRTAC

SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərinin “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanlarını müzakirə edilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev “ENOC” şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Abdullayev şirkətin həyata keçirdiyi yerli və beynəlxalq layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, belə görüşlər yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında xüsusi rol oynaya bilər.

“ENOC” şirkətinin sədr müavini SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd edib. Görüşdə SOCAR və “ENOC” şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə edilib.

Görüşdən sonra qonaqlar “SOCAR Tower”dəki interaktiv neft muzeyi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.