İQTİSADİYYAT
SOCAR ötən il 6,2 milyon tonadək neft emal edib
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR keçən il 6 milyon 194,4 min ton neft emal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabata görə, il ərzində Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində işlər davam etdirilib. Bu müddət ərzində 6 milyon 189,7 min ton neft və 40,8 min ton kənardan daxil olan xammal olmaqla cəmi 6 milyon 230,5 min ton xammal emal olunub. Təyin edilən plana qarşı xam neftin emalı 101,4 faiz, ümumi xammalın emalı isə 103,1 faiz yerinə yetirilib.
Xatırladaq ki, 2017-ci ildə şirkətin neft emalı 5 milyon 815,5 min ton, 2018-ci ildə isə 6 milyon 90,5 min ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]