İQTİSADİYYAT
SOCAR ötən il 728,3 min ton dizel yanacağı ixrac edib
Bakı, 5 yanvar, AZƏRTAC
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı, 6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ötən ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac olunub.
2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 532,08 ABŞ dolları, təyyarə yanacağının 493,10 dollar, dizel yanacağının 467,91 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 306,56 dollar, yüksək təzyiqli polietilenin 1190 dollar, butilen butadien fraksiyasının 575,29 dollar, maye piroliz qətranının 532,08 dollar, propilenin 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin 900 avro təşkil edib.